SON XƏBƏRLƏR

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Biz birlikdə güclüyük” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Azertac verib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ümumimilli lider Heydər Əliyevin abidəsini ziyarət olunub. Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və “Biz birlikdə güclüyük” sənədli filmi təqdim olunub.