SON XƏBƏRLƏR

Lənkəranda dünya şöhrətli holland rəssam Vinsent Van Qoq gecəsi təşkil olunacaq. Bu haqda bu gün, 10 dekabr tarixində “O biri otaq” sosial biznes platformasının rəsmi İnstagram hesabında məlumat paylaşılıb.

16 dekabr saat 15:00-da “Tor coffee shop”da baş tutacaq gecədə moderator Kəmalə Eyvaz rəssam haqda məlumat verəcək. Qonaqlar ulduzlu gecə əsərini rəsm kağızlarında təsvir edəcəklər.

Görüşün sonunda Vinsent Van Qoqun həyatı haqda film nümayiş olunacaq.

Tədbirdə iştirak etmək üçün 2 manat ödəniş etmək lazımdır.

Ətraflı məlumat almaq üçün “O biri otaq” sosial biznes platformasının rəsmi İnstagram hesabı ilə əlaqə saxlaya bilərsiniz.

Foto açıq mənbələr
Aktual

Masallı: bu gün Nayib Qasımovun şəhid olduğu gündür

Bu gün, 6 oktyabr tarixində Vətən müharibəsi qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Nayib Qasımovun şəhidlik zirvəsinə ucaldığı gündür. Nayib Akif oğlu Qasımov 12 iyun 1997-ci ildə Masallı rayonunun Mahmudavar kəndində