SON XƏBƏRLƏR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Lənkəranda İT sahəsi üzrə təlim keçiriləcək. Bu haqda bu gün 7 sentyabr tarixində məlum olub.

“İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən layihə oktyabr ayında başlayacaq. 1 ay müddətində intensiv formada keçiriləcək təlimdə, iştirakçılara İT əsasları (İT texnik) üzrə təlimçilik bacarıqları öyrədiləcək.

Təlimləri uğurla başa vuranlar təlimçilik sertifikatı ilə təltif ediləcəklər və “İKT LAB”a təlimçi olaraq cəlb olunacaqlar.

Təlimlərdə iştirak etmək istəyənlərin İT sahəsi üzrə minimum 2 il iş təcrübəsi olmalıdır. Müraciət etmək üçün iştirakçılar öz CV-lərini qeyd olunan linkə əlavə etməlidirlər.

https://forms.gle/3XMwRM3Z4k9fCHaY6

Son müraciət tarixi 30 sentyabrdır.

Ətraflı məlumat almaq üçün www.iktlab.az saytı və telefon (012 505 01 13, 077 505 01 13) vasitəsilərinə müraciət etmək mümkündür.