SON XƏBƏRLƏR

11 noyabr saat 10:00-da Lənkəran KOBİM tərəfindən “Layihələrin yazılması və idarəedilməsi” mövzusunda təlim keçiriləcək. Bu haqda məlumatı mərkəzin rəsmi Facebook səhifəsi bu gün, 10 noyabr tarixində verib.

Təlim Lənkəran KOBİM-in təlimçi-eksperti Vamiq Babayev tərəfindən layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu, GZİT (SWOT) analizi, layihələrin idarə edilməsinin məqsədi, müddətin planlanması, ehtiyatların planlanması, komanda işi mövzularında olacaq.

İştirak etmək üçün (+994 77) 271 25 00 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət etmək lazımdır.

Bir başa qeydiyyatdan keçmək üçün link: https://forms.gle/rtnQyarFxWZQ8XQ38

Ünvan: Lənkəran, Professor H.Abdullayev küçəsi 7.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Deposit photos
Aktual

Lənkəran sakini dələduzluq etdiyi üçün saxlanılıb

Lənkəran şəhər sakini dələduzluqda şübhəli bilindiyi üçün saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif