SON XƏBƏRLƏR

Lənkəran KOB İnkişaf mərkəzində “Vergi bəyannamələrinin tərtib edilməsi” mövzusunda ödənişsiz təlim keçiriləcək. Bu haqda bu gün, 12 oktyabr tarixində mərkəzin rəsmi Facebook səhifəsində paylaşılıb.

Təlim 13 oktyabr saat 10:00-da baş tutacaq. 3 saat davam edəcək görüşdə, təlimçi-ekspert Vamiq Babayev aşağıdakı mövzulardan danışacaq:

  • Bəyannamə növləri
  • Rüblük və illik bəyannamələrin hazırlanması
  • Bəyannamələrin vaxtında təqdim edilməməsinə görə cərimələrin məbləği
  • Mənfəət və gəlir vergisi barədə rüblük arayış hesabatlarının təqdim edilməsi.

Qeydiyyatdan keçmək istəyənlər qeyd olunan linkdə məlumatlarını əlavə edərək, təlimdə iştirak edə bilər: https://forms.gle/pnjPetqmgdJyZZmC6

Əlavə sualınız yaranarsa (+994 77) 271 25 00 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Lənkəran KOB İnkişaf mərkəzi Professor H.Abdullayev küçəsi 7-də yerləşir.