SON XƏBƏRLƏR

Cənublu gənclər üçün “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” adlı layihə çərçivəsində 3 günlük konfrans keçiriləcək. Bu haqda məlumatı eduonline.az saytı verib.

Belə ki, layihə çərçivəsində 25-27 mart tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” hotelində 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr) təşkil olunacaq. Tədbirdə iştirak edən gənclərə sertifikatlar veriləcək.

Konfransda iştirak etmək istəyən gənclər elektron ərizə formasını (QEYDİYYAT) 28 fevral 2022-ci il, saat 00:00-dək doldurub göndərməlidirlər. Müvafiq nəticələr 13 mart 2022-ci il tarixində açıqlanacaq.

Layihədə respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə təmsilçiləri iştirak edə bilərlər. 3 günlük konfrans zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və hoteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcək. Konfransda iştirak ödənişsizdir.

Qeyd edək ki, “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” adlı layihə  1 fevral – 30 aprel 2022-ci il tarixlərini əhatə edəcək. Layihə AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 8900 (səkkiz min doqquz yüz) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir.