SON XƏBƏRLƏR

18 dekabr saat 14:00-da Lənkəran şəhər Heydər Əliyev parkında “Güclü atalar, güclü qızlar – Qız övladlarının dəyərinin təşviqi və qızların səlahiyyətləndirilməsi” mövzusunda festival baş tutacaq. Bu haqda məlumatı AR Gənclər Təşkilatının Milli Şurasının rəsmi Facebook səhifəsi verib.

Festival “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində keçiriləcək.

Atalar öz qızları ilə birgə festivalda iştirak edərək maraqlı fəaliyyətlər və hədiyyəli oyunlarda iştirak edə bilərlər. Qeydiyyat üçün link: https://bit.ly/3slljRg

Qeyd edək ki, layihə Avropa İttifaqı və BMT-nin Əhali Fondunun (UNFPA) təşəbbüsü ilə həyata keçirilir.