SON XƏBƏRLƏR

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi ofisiant ixtisası üzrə qısamüddətli təlimə ərizə qəbulu elan edib. Bu haqda məlumatı Azertac verib.

Bir ay müddətində “Khazar Palace” hoteli ilə əməkdaşlıq çərçivəsində keçiriləcək təlim zamanı iştirakçılar hotel və restoranlarda yüksək səviyyəli masa xidmətinin təşkilinə dair zəruri bilik və bacarıqlara yiyələnəcəklər. Ərizə və müsahibə yolu ilə keçirilən seçim mərhələlərini uğurla keçən namizədlər təlimlərə iştirakçı qismində cəlb olunacaqlar.

Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər. İştirak etmək üçün ərizələrin qəbulu 9 martadək aparılacaq. Ünvan: Lənkəran şəhəri, H.Z. Tağıyev küç. 118. Əlaqə telefonu: (02525) 4-75-83.

Qeyd edək ki, təlim Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində keçiriləcək.