SON XƏBƏRLƏR

Lənkəranda şagirdlər üçün narkomaniya ilə mübarizə mövzusu altında təlim keçirilib. Bu haqda bu gün, 4 dekabr tarixində Lənkəran Şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəbin rəsmi Facebook səhifəsində paylaşılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşəbbüsü ilə keçirilən təlimin adı ”

Narkamaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” olub. Tədbirdə narkomaniyanın səbəb olduğu ağır fəsadlar barədə məlumatlar verilib. Yeniyetmə və gənclərlə maarifləndirici görüşləri keçirməkdə məqsəd gənc nəslin sağlam böyüməsinə tövhə verməkdir.

9 və 10-cu sinif şagirdlərinin aktiv iştirak etdiyi təlimdə polis əməkdaşları ilə müzakirələr aparılıb.

Lənkəran Şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəbin rəsmi Facebook səhifəsi
Lənkəran Şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəbin rəsmi Facebook səhifəsi