Lənkəranda yerləşən “Tor Coffee Shop”da hamının iştirak edə biləcəyi intellektual yarışma keçiriləcək. Bu haqda məlumat bu gün, 1 dekabr tarixində “O biri otaq” sosial biznes platformasının rəsmi İnstagram səhifəsində paylaşılıb.
“Tor Trio” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” formatında oyun keçiriləcək. Yarışma “O biri otaq”-ın təşkilatçılığı ilə 12 dekabr saat 12:00-da baş tutacaq.
Komanda heyətində say limiti olduğundan, hər bir komandada 3 nəfər iştirak edə bilər. İştirak ödənişi 2 manat olan turnirdə sizləri həm əyləncəli vaxt həm də qalib komandanı “Tor Coffee Shop”-dan 15 manatlıq kupon gözləyir.
Qeydiyyatdan keçmək istəyənlər aşağıda qeyd olunmuş nömrə ilə əlaqə saxlaya bilərlər: 051 681 68 83