SON XƏBƏRLƏR

Lənkəran KOB İnkişaf Mərkəzində biznesə yeni başlayanlar və sahibkarlar üçün korrupsiyanın biznesə təsiri haqda təlim keçiriləcək. Bu haqda bu gün, 17 dekabr tarixində Lənkəran KOB İnkişaf Mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Agentliyin ofisində baş tutacaq təlim 18 dekabr saat 14:00-da “Korrupsiyanın biznesə təsiri və antikorrupsiya siyasəti” adı altında keçiriləcək. Təlimçi ekspert Həsən Rəhimli aşağıdakı mövzulardan danışacaq:

– Korrupsiya haqqında anlayış;

– Kölgə iqtisadiyyatında korrupsiyanın yeri;

– Maliyyə cinayətləri və korrupsiya arasındakı əlaqələr;

– Korrupsiyanın növləri;

– Korrupsiyanın səbəbləri;

– Korrupsiyanın ölçülməsi və korrupsiya indeksi;

– Korrupsiyanın iqtisadi və qeyri-iqtisadi nəticələri;

– Korrupsiyanın iqtisadi analizi;

– Korrupsiyanın işgüzar sferaya və biznes mühitinə təsiri;

– Korrupsiya ilə mübarizə tədbirləri və dövlətin antikorrupsiya siyasəti.

Təlim Lənkəran KOBİM tərəfindən göstərilən xidmətlər ödənişsizdir. Qeydiyyatdan keçmək istəyənlər https://forms.gle/GE6Yjj2f9278G1Xn8 daxil ola bilərlər.

Ətraflı məlumat üçün (+994 77) 271 25 00 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] yaza bilərsiniz. Ünvan: Lənkəran, Professor H.Abdullayev küçəsi 7.