SON XƏBƏRLƏR

25 sentyabr saat 10:00-da Lənkəran KOB İnkişafı Mərkəzində “Marketinq və satışın stimullaşdırılması” mövzusunda təlim keçiriləcək. Bu haqda məlumat mərkəzin Facebook səhifəsində verilir.

Peşəkar təlimçi Həsən Rəhimli tərəfindən keçirilən təlimə mikro, kiçik və orta bizneslə məşğul olan sahibkarlar və yeni biznesə başlamaq istəyənlər qoşula bilərlər.

Qeydiyyatı Lənkəran KOB İnkişafı Mərkəzinə (Lənkəran, Professor H.Abdullayev küçəsi 7) müraciət etməklə və ya linkə daxil olmaqla etmək olar: https://forms.gle/qb2tMb7MCGk9s2de6

Əlaqə üçün:  +994 77 271 25 00