“O biri otaq” təşkilatçılığı ilə dekabr ayının ilk həftəsində Lənkəran sakinlərini film seansı gözləyir.
Daimi olaraq sakinləri düşünən sosial biznes platforması “Tor coffee shop”-da İMDB reytinqi 8.1 olan film nümayiş etdirəcək. Dram janrında olan “Dostumun evi haradadır” filminin müddəti 83 dəqiqədir.
4 dekabr saat 16:00-da nümayiş olunacaq film üçün 3 manat ödəmək lazımdır. Müştərilərə platforma tərəfindən popcorn və cola veriləcək.
Filmin sonunda nüanslar analiz ediləcək və müzakirə olunacaq.
“Tor coffee shop” Lənkəran Qala Xiyabanı, 5 mərtəbənin ilk mərtəbəsi ünvanında yerləşir.