Lənkəranda “Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti” konfransı keçirilib. Bu haqda 15 oktyabr Lənkəran Regional Mədəniyyət İdarəsi xəbər verib.
Mədəniyyət mərkəzi, Lənkəran ŞİH, Azərbaycan Milli Kulinariya Mərkəzi və Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil edilən görüş zamanı iştirakçılar ulu öndər Heydər Əliyevin Lənkəranda ucaldılan abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
İştirakçılar konfrans çərçivəsində “Lənkəran mətbəxi uşaqların gözü ilə” rəsm sərgisi ilə tanış olublar.
Report.az-ın verdiyi məlumata əsasən, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov bildirib ki, konfrans haqda məlumat və şəkillər “UNESCO”-ya təqdim olunacaq.
Konfransın keçirilməsində əsas məqsədlərdən biri Cənub bölgəsinin milli mətbəx mədəniyyətinin daha dərindən araşdırılması, ictimaiyyətə çatdırılmasıdır.