SON XƏBƏRLƏR

Endirimlərin bu gün olması barədə məlumatlar yanlış çıxdı.

Kontakt Home, Lənkərandakı filialında mallara 50%-ə qədər endirimləri elan edib. Bu barədə məlumat bu gün, 14 iyul Facebook rəsmi səhifəsində və Youtube kanalında yayımlandı.

Məlumata görə, endirimlər “Səhər bazarı” kampaniyası çərçivəsində həyata keçirilib. Müxbirlər, kampaniyanın təfərrüatlarını öyrənmək üçün mağaza ilə əlaqə saxladılar. Aksiyanın 10 iyul tarixində keçirildiyi və hazırda Lənkəranda heç bir aksiyanın olmadığı barədə məlumat verilib.

Qurban Bayramı ilə əlaqədar növbəti endirimlər 16-25 iyul tarixlərində olacaq. “Qurban sevincləri” adlı aksiya bütün filiallarda keçiriləcək. Nağd ödənişdə bütün mallara 50%-ə dək endirimlər tətbiq olunacaq. Apple məhsulları alarkən – 6, digər telefonlar – 12, məişət texnikası – 18, mebel – 24 aya qədər faizsiz kreditlə almaq mümkün olacaq.

Xatırladaq ki, Lənkərandakı filial Səmədzadə küçəsi, 50, Access bank və Böyük bazarının yanında yerləşir. Hər gün 9:00-dan 20:00-dək açıqdır.