SON XƏBƏRLƏR

Sentyabrın 17-si Lənkəranda “Şəkər xəmir” kursu başlayacaq. Bu haqda məlumat 6 sentyabr Cenublu.az-a daxil olub.

Kurs zamanı iştirakçılara biskvitin hazırlanması, tortun kremlənməsi, müxtəlif texnikalar (ombre, mərmər, mozaik və s.), insan və digər fiqurların hazırlanması, 3d tortların hazırlanması, fotonun  tortun üzərinə tətbiqi və s. texnikalar öyrədiləcək.

Kurs 15 gün davam edəcək və hər dərsin müddəti 4-5 saat olacaq. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikat veriləcək.

İstifadə olunan bütün ərzaq və materiallar kurs tərəfindən ödəniləcək. Dərsləri Cəmilə İbadzadə keçirəcək. Kursun qiyməti 300 manat təşkil edir.

Yazılmaq istəyənlər 0702885722 nömrəsi ilə əlaqə saxlaya və ya Lənkəran şəhəri H.Əliyev Dairəvi-Qala Zindan ilə üzbəüz yerləşən mağazaya yaxınlaşa bilərlər.