28 sentyabr saat 14:00-da Lənkəran klubunun təşkilatçılığı ilə fərdi “Xəmsə” Milli intellektual oyunu çərçivəsində “Opora” turniri keçiriləcək. Bu haqda məlumat klubun rəsmi Facebook səhifəsində verilib.
Oyunda iştirakçılar bir-birindən müxtəlif mövzularda mübarizə aparacaqlar. Qalib olan şəxs diplom ilə təltif olunacaq.
İştirak haqqı 2 manat təşkil edir. İştirakçı sayı limitlidir.
Qeydiyyat üçün klubun sosial media hesablarına və yaxud da +994(55)-683-69-30 nömrəsinə yazmaq olar.