Çempionumuz layihəsi çərçivəsində Taekvando idman növü üzrə ikiqat Respublika çempionu Samir Cavadlı ilə görüş baş tutacaq. Bu haqda məlumatı bu gün, 11 noyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsi verib.
Belə ki, görüş bu gün, 11 noyabr saat 11:00-da Lənkəran rayon Sütəmurdov kənd tam orta məktəbində baş tutacaq.
Bu görüşdə yaxından iştirak edərək, çempionumuza suallar ünvanlamaq və həmsöhbət olmaq istəyənlər qeyd olunan vaxt məktəbə yaxınlaşa bilərlər.