SON XƏBƏRLƏR

Lənkəranda Füzuli küçəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən səyyar heyvan kəsim məntəqəsi qurulub. Xidmətlər bayram günlərində fəaliyyət göstərəcək.

Çadır tipli kəsim və satış məntəqəsi sanitar-gigiyenik tələblərə cavab verir. Sakinlər məntəqənin yaxınlığında qurbanlıq heyvanı seçib aldıqdan sonra dini ainlər icra olunmaqla kəsdirə bilər. Burada, qoyun ətinin bir kilosu ortalama 13 manatdır. Diri halda satılan qoyunlar isə kiloqramı 6,5 manatdan hesablanır.

Vətandaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, Qurban bayramı günlərində ölkə üzrə kəsim və satış məntəqəsi 88 ünvanda fəaliyyət göstərəcək.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər