SON XƏBƏRLƏR

Lənkəranda həftəsonları film nümayişi davam etdirilir. Bu haqda bu gün, 10 dekabr tarixində “O biri otaq” sosial biznes platformasının rəsmi İnstagram hesabında məlumat paylaşılıb.

Həftənin şənbə günü, 11 dekabr saat 16:00-da keçiriləcək film seansı “Tor coffee shop”da baş tutacaq. İmdb reytinqi 7.9 olan məşhur “Pinin həyatı” filmi macəra və dram janrında çəkilib.

127 dəqiqə müddəti olan filmə baxmaq üçün qonaqlar 3 manat ödəniş etməlidirlər.

Təşkilatçılar tərəfindən izləyicilərə popcorn və cola təqdim olunacaq.

Ətraflı məlumat almaq üçün “O biri otaq” sosial biznes platformasının rəsmi İnstagram hesabı ilə əlaqə saxlaya bilərsiniz.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər