SON XƏBƏRLƏR

Lənkəranda 2 gün məşğulluğun artırılması məqsədi ilə təlim keçiriləcək .Bu haqda bu gün, 9 dekabr tarixində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

“Gələcəyə doğru Gənclərin İnkişafı” İB-nin təşkilatçılığı ilə baş tutacaq təlim 11 – 12 dekabr tarixlərində keçiriləcək. “Region gənclərinin məşğulluğunun artırılması məqsədilə elektron ticarətin təbliği” mövzusu altında keçiriləcək təlimdə qeydiyyatdan keçmək mütləqdir.

2 gün davam edəcək təlimin cədvəli:

11 dekabr 11:30-16:30

12 dekabr 09:30-14:30

Təlimdə iştirak etmək istəyən gənclər 050-748-68-78 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.