Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi gənclər üçün maarifləndirici və əyləncəli fəaliyyətlər hazırlayıb.
15 – 21 noyabr aralığında olan fəaliyyətlər üçün həftəlik plan hazırlanıb. Gənclər ilə birlikdə bir-birindən maraqlı və fərqli fəaliyyətlərin cədvəli:
15 noyabr tarixində Cenublu.az-ında haqqında paylaşdığı Ləj kəndində “KəndimizMərkəzdə” tədbiri keçiriləcək. Günün ikinci yarısında isə mərkəzdə “Kinoklub” fəaliyyəti baş tutacaq. Layihə çərçivəsində “Evakuasiya” filmi nümayiş etdiriləcək.
17 noyabr tarixində Lənkəran GİKM-də “Müsahibə günü” baş tutacaq.
18 noyabr tarixində mərkəzdə 2 tədbir keçiriləcək. İlk olaraq gənclər “İdman Klubu”-da iştirak edəcəklər. Sonda isə “KəndimizMərkəzdə” layihəsi çərçivəsində Mamusta kəndinə səfər edəcəklər.
Son olaraq GİKM 19 noyabr tarixində “İngilis dili danışıq klubu” keçiriləcək. 7 həftə davam edən BİL – “Birlik” İntellektual liqası baş tutacaq. Son olaraq mərkəz peşə təmayüllü siniflərdə art-terapiya təlimlərini təşkil edəcək.
Sizdə səmərəli və əyləncəli vaxt keçirmək istəyirsinizsə, Lənkəran GİKM İnstagram və Facebook hesablarına müraciət edə bilərsiniz.