SON XƏBƏRLƏR

Lənkəranda “Güclü Atalar, Güclü Qızlar – Qız övladlarının dəyərinin təşviqi və qızların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində təlim keçiriləcək. Bu haqda məlumatı AR Gənclər Təşkilatları Milli Assambleyasının rəsmi Facebook səhifəsi verib.

26-27 noyabrda keçiriləcək təlimdə 19-29 yaş arası gənc atalar və növbəti 2 il ərzində ata olmağı planlayan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd Azərbaycanda oğul övladlara üstünlük verilməsinin yaxın gələcəkdə yaradacağı fəsadlar barədə məlumatlandırmaq, qız övladlarının dəyərinin aşılanması və qızların səlahiyyətləndirilməsinin təbliğindən ibarətdir.

İştirak etmək istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://docs.google.com/…/1z5OMS0ad5BgVTV3CBY2vi7y…/edit