SON XƏBƏRLƏR

Lənkəran gəncləri üçün müəllimlik barəsində təlim keçiriləcək. Bu haqda məlumat bu gün, 14 dekabr tarixində Lənkəran Gənclərinin rəsmi Facebook səhifəsində paylaşılıb.

“Günün müəllimi” təliminin qonağı gənc müəllim, fasilitator və AGMA-nın regional koordinatoru Faiq Şıxəliyev olacaqdır.

Faiq müəllim təlimdə əyani və interaktiv formada “bu günün müəllimi”, “müəllimlik xüsusiyyətləri”, “müəllimin ölkə üçün əhəmiyyətli mövqeyi”, “müəllim olmaq üçün nə etmək lazımdır?” mövzularına toxunacaq.

Görüş Gənclərin İnkişafı və Karyera Mərkəzi (GİKM) Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə icra olunacaq.

Təlimdə iştirak etmək istəyənlər üçün qeydiyyat linki: https://forms.gle/CoLynCMbjNTbafni8