Lənkəranda eksternat qaydada imtahanlar üçün sənəd qəbuluna start verilib. Bu haqda məlumatı Lənkəran şəhər Təhsil şöbəsi verib.
Belə ki, əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi (IX) və tam orta (XI) təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 20-28 dekabr tarixlərində eksternat qaydasında aralıq imtahanları keçiriləcək.
Qeydiyyat və sənəd qəbulu 16 noyabr – 15 dekabr 2021-ci il tarixlərində Lənkəran Şəhər Təhsil Şöbəsində aparılacaq.
Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
- Şəxsiyyət vəsiqəsinin surəti
- 3×4 iki ədəd foto şəkil
- Ümumi orta təhsil haqqında şəhadətnamənin surəti (tam orta təhsil səviyyəsi üçün)
- Oxuduğu təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış (ümumi orta təhsil səviyyəsi üçün)
- Yaşayış yerindən arayış
- Hərbi biletin surəti (oğlanlar üçün)
- Ərizə
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, ümumtəhsil məktəblərində təhsil almanın 4 forması var: əyani, qiyabi, distant və eksternat. Sərbəst təhsilalma forması (eksternat) əsasında müstəqil hazırlaşıb, orta ümumtəhsil məktəblərində dərsdə iştirak etməyən şəxslər bu prosesə cəlb olunur.