SON XƏBƏRLƏR

Lənkəran şəhərində “Bakcell” MMC yenilənmiş konsept mağazasını istifadəyə verib. Bu haqda məlumatı Report.az verib.

Belə ki, Həzi Aslanov xiyabanı, 26 (Lənkəran Dövlət Universiteti ilə üzbəüz) yeni mağazanın qurulmasında müştəri yönümlü yanaşmadan istifadə olunub.

“Əminəm ki, bu konsept mağazada Lənkəranda yaşayan bütün müştərilərimizə daha üstün keyfiyyətli xidmət göstərəcəyik, çünki bütün yeni açılan mərkəzlərimizdə olduğu kimi, burada da bütün xidmət prosesi “hər şeyin mərkəzində müştəri dayanır” yanaşması üzərində qurulub”,- deyə “Bakcell”in baş icraçı direktoru Rainer Rathgeber bildirib.