SON XƏBƏRLƏR

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Cənub Mirvarisi” turizm şirkəti tərəfindən bələdçilik təlimi keçirilib. Bu haqda məlumatı bu gün, 2 noyabr tarixində Lənkəran Regional Mədəniyyət İdarəsi verib.

Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq təlimçi Şahin Şahbazovun iştirakı ilə keçirilən təlimdə Lənkəran Dövlət Universitetinin “Turizm və otelçilik” və Sosial və Aqrar–Texnoloji Kollecin “Turizm işinin təşkili” ixtisasının tələbələri iştirak ediblər.

İştirakçılara beynəlxalq standartlara əsaslanan peşə etikası, gəzinti, avtobus və məkan kimi tur formatlarında praktiki və nəzəri biliklər, muzey və açıq havada düzgün mövqeləşmə, qrup psixologiyası, bədən dili, müasir turizm trendlərinə əsasən turun tərtibatı ilə bağlı informasiyalar verilib.