Kiçik və Orta Biznesin İnkişaf Mərkəzinin (KOBİM) Lənkəran nümayəndəliyi sahibkarlar üçün təlim keçirib. Bu haqda məlumat Mərkəzin rəsmi Facebook səhifəsində paylaşılıb.
Təlim “Antikorrupsiya və etik davranış qaydaları” mövzusuna həsr olunub. 15 sahibkarın iştirak etdiyi təlimdə Lənkəran KOBİM- in peşəkar eksperti tərəfindən korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, vəzifəli şəxsin öhdəlikləri, korrupsiyaya şərait yaradan hüquqpozmalar, eləcə də korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxsin dövlət müdafiəsi və “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının (İSO 37001 “Anti-bribery Management Systems”) özəl sektorda tətbiqi ilə bağlı danışılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.