Lənkəran şəhər M.Bagirov adina 1 nömrəli tam orta məktəbdə dəyirmi masa keçirilib. Bu haqda məlumatı bu gün, 27 noyabr tarixində məktəbin rəsmi Facebook səhifəsi verib.
Belə ki, keçirilən tədbir Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunub. Bu münasibətlə masada məktəbin direktoru N.Abdullayeva, direktor müavini N.Cabbarova, Azərbaycan dili və ədəbiyyat müəllimi A.Əsədova, kitabxanaçı S.Mirzəyeva və şair, müəllim Cavadov Ağamir Aşıq Əlsgərin həyat və yaradıcılığı haqqında şagirdlərə maraqlı məlumatlar veriblər.