SON XƏBƏRLƏR

Lənkəran şəhəri 10 nömrəli tam orta məktəbdə “Aşıq Ələsgərin 200 illik yubileyi”nə həsr olunmuş tədbir keçirilib. Bu haqda məlumatı məktəbin rəsmi Facebook səhifəsi verib.

Məktəb kollektivinin və V-X sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir “Azərbaycan aşıq sənətinin inkişafında Aşıq Ələsgərin rolu” mövzusuna həsr olunub. Tədbirdə müəllimlərin çıxışları dinlənilib, şagirdlərin Aşıq Ələsgərin yaradıcılığına aid şeirləri səsləndirilib və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.