SON XƏBƏRLƏR

Lənkəranda aşpazlıq üzrə təhsil alanlar üçün praktiki imtahan keçirilib. Bu haqda məlumatı Cenublu.az Azərtac-a istinadən xəbər verir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən peşə sahibi olmaq istəyənlər “İş şəraitində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydaları”, “Qida təhlükəsizliyi”, “İaşə müəssisələrində istehsalın təşkili və iaşə müəssisələrinin avadanlığı”, “Ərzaq və qeyri-ərzaq məhsullarının kalkulyasiyası”, “İaşə məhsullarının istehsal texnologiyası” və “İstehsalat təcrübəsi” modulları üzrə bacarıq və səriştələrini nümayiş etdiriblər.

“Lankaran Springs Wellness Resort” hotelində keçirilən imtahanda, TKTA iştirakçıları qiymətləndirmək üçün Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosasiyasının İdarə Heyətinin üzvü Vüsal Talıbzadəni cəlb edib.

İmtahanı uğurla keçənlər aşpaz peşə ixtissası üzrə təhsil sənədi alıblar.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər