SON XƏBƏRLƏR

“İrəli” İctimai Birliyi Lənkəranda yeni layihə icra edəcək. Bu haqda məlumatı Cenublu.az birliyin rəsmi saytına istinadən xəbər verir.

Lənkəranda 5 gün davam edəcək “İZ” layihəsi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçiriləcək.

Səfər zamanı iştirakçılar Azərbaycanın tarixdə qoyduğu izlər araşdıraraq, mədəniyyət, tarix və komanda quruculuğu seminarlarında iştirak edəcəklər.

Layihədə 15-25 yaş arası gənclər müsahibə yolu iştirak edə biləcəklər.

8 – 12 dekabr tarixlər aralığında baş tutacaq layihəyə müraciət etmək üçün son tarix 26 noyabr saat 23:59-dur.

Qeydiyyatdan keçmək üçün linki:

https://docs.google.com/forms/d/e/1FAIpQLSci6FnRHsH0SUIX4SHTPNehMOc3IaZgIIYzwNQ_lfQB7SnvaA/viewform