SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetində (LDU) 8 Noyabr –Zəfər Gününə həsr olunmuş konfrans keçirilib. Bu haqda məlumatı bu gün, 5 noyabr tarixində LDU-nin rəsmi Facebook səhifəsi paylaşıb.

Tədbirdə 44 günlük müharibədən, Azərbaycan əsgərinin rəşadətindən, xalqımızın birliyindən və qazandığımız Zəfərdən danışılıb. Həyatlarını Vətən torpağına qurban verən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükütla anılıb.

Konfransın sonunda şəhidlərin ailə üzvlərinə Zəfər günündən xatirə kimi Lənkəran Dövlət Universiteti tərəfindən hədiyyələr təqdim edilib.

Lənkəran Dövlət Universiteti Facebook
Lənkəran Dövlət Universiteti Facebook