Lənkəranda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib. Bu haqda məlumatı Lənkəran Tibb kollecinin rəsmi Facebook səhifəsi verib.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazisi və səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə, kollecin TGT üzvləri və tələbələri iştirak ediblər.
Qeyd edək ki, seminar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.