Lənkəran kənd məktəbində 8 noyabr “Zəfər Günü” ilə bağlı bilik yarışması keçirilib. Bu haqda məlumat bu gün, 2 noyabr tarixində Balıqçılar qəsəbə tam orta məktəbin rəsmi Facebook səhifəsində paylaşılıb.
V-VIII sinif şagirdləri arasında keçirilən “Xarıbülbül” bilik yarışmasında Qarabağın tarixi, coğrafiyası, incəsənəti, flora və faunası haqqında suallar səsləndirilib.
Yarışmanın sonunda VII sinif şağirdləri olan “Kəlbəcər” komandası qalib olub.
Qaliblər məktəb tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.