Lənkəranda məktəblər arası intellektual turnir keçirilib. Bu haqda bu gün, 11 noyabr tarixində Lənkəran Şəhər Təhsil Şöbəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə yarışmanın seçmə mərhələsi keçirilib. Lənkəran Şəhər Təhsil Şöbəsinin və Prestij-S tədris mərkəzinin təşkilatçılığı ilə keçirilən “Zəfər Kuboku” turniri Xəmsə Milli İntellektual oyunu formatında keçirilib.
Turnirdə 16 komanda iştirak edib. Onlardan 8-i fəqlənərək yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Yarımfinalda 5,7,8 və 10 nömrəli tam orta məktəbləri, XDT gimnaziya, Boladi kənd 1 nömrəli, Viravul kənd 2 nömrəli və Şilavar kənd tam orta məktəbləri iştirak edəcəklər.