SON XƏBƏRLƏR

“Paşa bank” və “Red hearts” (“Qırmızı ürəklər”) xeyriyyə fondu Lənkəran və Astarada “Vətən Bağı” ağacəkmə aksiyası keçirdib. Bu haqda məlumat “Paşa bankın” rəsmi Facebook səhifəsində verilib.

Layihənin məqsədi hər bir şəhidin adına bir ağac əkməklə şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməkdir. Aksiyaya şəhid ailələri və kənd sakinləri də qatılıb.

Qeyd edək ki, layihə çərçivəsində Lənkəranda 252 və Astarada 124 ağac əkilib.