Lənkəran və Astara rayonlarında 5-ci Ümumrespublika Forumunda iştirak edəcək uşaqların seçmə mərhələsi başa çatıb.
Seçmə turda sosial fəallığı, xüsusi bacarığı ilə seçilən, intellektual səviyyəli və fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran 13 – 17 yaş arasında namizəd uşaqlar iştirak ediblər.
Görüş zamanı mütəxəssislər tərəfindən namizədlərin bacarığlarının öyrənilməsi üçün suallar verilərək qiymətləndirilib. Qiymətləndirilmə zamanı uşaqların liderlik, təşəbbüslə çıxış etmək, insanlarla ünsiyyət qurmaq, şəbəkə yaratmaq bacarıqları qeydə alınıb.
Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə cənub bölgəsində keçirilən seçim mərhələsində rayonların hər birindən fəallığı ilə fərqlənən 2 uşaq 5-ci Ümumrespublika Forumunda iştirak etmək üçün seçilib.
Cənub bölgəsindən Masallı və Cəlilabad rayonlarındanda uşaqlar iştirak edib. Seçmə mərhələsində ümümilikdə 4 rayondan 20 uşaq iştirak edib.