Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Lənkəran şəhər Təhsil şöbəsi bu gün, 4 noyabr tarixində verib.
Tədbir Lənkəran Şəhər Təhsil Şöbəsi (LŞTŞ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və R.Qurbanov adına İstisu qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Çıxış edənlər uşaqların milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsinin vacibliyi qeyd ediblər. Onların vətənpərvər şəxsiyyət kimi formalaşmasına mənfi təsir edən yad dini-ideoloji cərəyanlar və zərərli vərdişlərdən qorunmasının zəruriliyi ilə bağlı söhbətlər aparılıb.