SON XƏBƏRLƏR

“Çempionumuz” sosial idman layihəsi çərçivəsində Lənkəran rayon Nərimanabad qəsəbə tam orta məktəbində tanınmış idmançı Rövşən Fətullayev ilə görüş keçirilib. Bu haqda məlumatı Lənkəran şəhər Gənclər və İdman idarəsi rəsmi Facebook səhifəsində verib.

İdman ustası Rövşən Fətullayev və onun məşqçi-müəllimi SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov məktəb müəllimləri, şagirdləri və valideynləri ilə görüş zamanı sağlam həyat tərzi, idmanda necə naliyyətlər əldə etmək barədə bir neçə dəqiqə maarifləndirici söhbətlər aparıblar.

Çıxışlardan sonra idmanın ölkədə inkişafına və Rövşən Fətullayevə aid videoçarxın təqdimatı olub. Daha sonra, yeniyetmə və gənclər idmançı ilə xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, Rövşən Fətullayev ağır atletika idman növü üzrə Avropa çempionatının gümüş mükafatçısı, Azərbaycan çempionu, Tələbələrin Dünya çempionatının gümüş mükafatçısı, İslam ölkələri Federasiyalarının 4-cü çempionatının qalibi, 4-cü İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı, Beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.

Lənkəran şəhər Gənclər və İdman İdarəsi Facebook
Lənkəran şəhər Gənclər və İdman İdarəsi Facebook
Lənkəran şəhər Gənclər və İdman İdarəsi Facebook
Lənkəran şəhər Gənclər və İdman İdarəsi Facebook