SON XƏBƏRLƏR

“TaktİKİ” intellektual oyununun üçüncü turu yekunlaşıb. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera mərkəzinin Lənkəran nümayəndəliyi verib.

Heydər Əliyev Xatirə Parkında keçirilən oyunda iki nəfərdən ibarət olan komandalar yarışıb. Final mərhələsində ümumi nəticələrə əsasən qalib gələn komanda diplom və medallarla təltif olunacaq.

Qeyd edək ki, “TaktİKİ” intellektual oyunu GİKM-in Lənkəran nümayəndəliyinin və “Lənkəran Klubu”nun təşkilatçılığı ilə keçirilir.