SON XƏBƏRLƏR

Lənkəran şəhər Heydər Əliyev Xatirə Parkında “TaktİKİ” intellektual oyununun II turu keçiriləcək. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera mərkəzinin Lənkəran nümayəndəliyi rəsmi Facebook səhifəsində verib.

İki nəfərdən ibarət olan komandaların yarışacağı intellektual oyun 23 oktyabr saat 11:30-da baş tutacaq. Yarışlarda uğurla iştirak edən komandalar növbəti mərhələlərə keçərək birincilik uğrunda mübarizəyə qoşulacaqlar. Finalda qalib gələn komanda diplom və medallarla təltif ediləcək.

Qeyd edək ki, “TaktİKİ” intellektual oyunu GİKM-in Lənkəran nümayəndəliyinin və “Lənkəran Klubu”nun təşkilatçılığı ilə keçirilir.

Qeydiyyat linki: https://forms.gle/TjEHbDVoHCkfbsQW6