SON XƏBƏRLƏR

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəranda keçirdiyi “TaktİKİ” intellektual oyununun ll turu yekunlaşıb. Bu haqda bu gün, 25 oktyabr tarixində nümayəndliyinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Lənkəran şəhər Heydər Əliyev Xatirə Parkında keçirilən oyunda iki nəfərdən ibarət olan komandalar qarşılaşıb. Komandalar “TaktİKİ” intellektual oyununun lll mərhələsində yenidən qarşılaşacaqlar.

Finalda qalib gələn komanda nümayəndələri diplom və medallarla təltif olunacaqlar.

Qeyd edək ki,  GİKM-in Lənkəran nümayəndəliyinin və “Lənkəran Klubu”nun təşkilatçılığı ilə keçirilən oyun gənclərin səmərəli və öyrədici vaxt keçirməsinə səbəb olur.