SON XƏBƏRLƏR

Lənkəranda bullinq (uşaqların incildilməsinə səbəb olan ixtiyar) qarşı layihə keçiriləcək.

“Stop or stop it” layihəsi Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam gəncliyə doğru” İctimai Birliyinin təşkilatçılığı və “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutacaqdır.

Ölkəmizdə bullinqlə mübarizəni gücləndirmək məqsədi ilə keçiriləcək layihə, gənclərdə özgüvən, şəxsiyyət hissinin formalaşmasına dəstək olmaq yardım olacaq.

13-16 noyabr tarixlərində keçiriləcək layihədə “Bullinqlə mübarizə”, “İnsan hüquqları”, “Nifrət nitqinə yox”, “Təlimçilər üçün təlim”, “Şəxsiyyət kimi formalaşma” mövzularında mütəxəssislər tərəfindən müzakirlər aparılacaq.

Tədbirdə 17-25 yaş aralığında 22 gənc iştirak edə biləcək.

Son müraciət tarixi 7 noyabr olan layihədə iştirak linki: https://forms.gle/pFKaWirCU1jjCtyM6