SON XƏBƏRLƏR

Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə “İstedad axtarıram” layihəsi çərçivəsində rəsm sərgisi keçirilib. Bu haqda məlumatı bu gün, 27 noyabr tarixində məktəbin rəsmi Facebook səhifəsi verib.

Məktəbin 6-ci sinif şagirdi Aygün Quliyeva və 11-ci sinif şagirdi Ramella Talıbovanın çəkdikləri rəsm əsərlərindən ibarət keçirilən sərgidə məktəb-liseyin direktoru Y.Əskərova, direktor müavini İ.İsmayılov, M.Məmiyev, G.Abdullayeva, müəllimləri T.Bayramova, S.Talıbova, və valideynləri C.Quliyev, N.Əhədov çıxiş edərək şagirdlərə gələcəkdə uğurlar arzu edib, onlara daima dəstək göstərməkdən məmnun olduğlarını bildiriblər.

Qeyd edək ki, sərgi təqdim edilən rəsm əsərlərinin gənclər arasında vətənpərvərlik hissələrinin aşılanmasında rol oynamağı məqsədilə keçirilib.