30 oktyabr saat 11:00-da AYB Lənkəran Bölməsinin “Söz” ədəbi məclisi “Rayonlarda ədəbi həyat: Yardımlı” mövzusunda tədbir keçirəcək. Bu haqda məlumat bu gün 26 oktyabr tarixində AYB Lənkəran Bölməsinin rəsmi Facebook səhifəsində verilib.
Tədbirdə Yardımlı rayon yazarlarının nümayəndələri iştirak edəcək. Həmçinin, tədbirə bütün bölgə yazarları qatıla bilər.
Qeyd edək ki, AYB Lənkəran bölməsi Müzəffər Nəsirli küçəsindı yerləşir.