Lənkəran KOBİM tərəfindən sahibkarlar üçün “Şərikli biznes və onun idarəedilməsi” mövzusunda təlim keçirilib. Bu haqda məlumatı bu gün, 17 noyabr tarixində mərkəzin rəsmi Facebook səhifəsi verib.
Təlimdə Lənkəran KOBİM-in peşəkar eksperti tərəfindən biznesdə birgə fəaliyyətin mahiyyəti, sərmayə ortaqlığı, birgə fəaliyyət haqqında müqavilə, uğurlu ortaqlığın təminatı, kooperativlər, şəriklər arasındakı konfliktin həlli yolları, birgə biznesi uğursuzluğa aparan səbəblər mövzuları haqqında məlumat verilib. 15 sahibkarın iştirak etdiyi təlimin sonunda fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.