SON XƏBƏRLƏR

Lənkəranda “Qayıdış və Dirçəliş” rəsm müsabiqəsinin qalibləri təltif edilib. Bu haqda bu gün, 5 oktyabr tarixində Lənkəran şəhər Gənclər və İdman idarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərinin işğaldan azad edildiyi gün münasibəti ilə keçirilən müsabiqədə 12 – 29 yaş arası yeniyetmə və gənclər iştirak ediblər.

Gənclərin intellektual inkişafını dəstəkləmək, ölkəmizin tarixi, mədəniyyəti, etnoqrafiyası və.s haqqında gəncləri məlumatlandırmaq məqsədi ilə baş tutan yarışma Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Müsabiqədə I yerə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin tələbəsi Kərimli Türkan Məhəmmədxamis qızı, II yerə Lənkəran şəhər Rəssamlıq Məktəbinin şagirdi Abidinov Mehdi Ceyhun oğlu, III yerə Mamusta kənd Folklor Evinin şagirdi İbrahimzadə Gülçətay Xəzər qızı layiq görülüblər.

Yarışmanın qalibləri diplomla təltif ediliblər.