SON XƏBƏRLƏR

Lənkəran Peşə liseyinin tələbələrinin iştirakı ilə “Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda onlayn tədbir keçirilib. Bu haqda məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsi verib.

Tədbirdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova “Sağlam həyat tərzi, yoxsa ziyanlı vərdişlər? Seçim sizindir” adlı təqdimatla çıxış edərək, insan səhhətinə müsbət təsir edən amillərdən və ziyanlı vərdişlərdən danışıb.

Daha sonra Səhiyyə Nazirliyinin həkim-mütəxəssisi Zümrüd Kazımova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” adlı təqdimatla çıxış edərək, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən, ailə planlaşdırılmasının vacibliyindən, erkən nikahların fəsadlarından bəhs edib.

Qeyd edək ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində baş tutub.

Masallı Rayon Gənclər və İdman İdarəsi
Aktual

Masallının icra başçısı qalib idmançılarla görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayevlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr