SON XƏBƏRLƏR

Son illər Lənkəran Peşə liseyi həm nümünəvi addımları ilə, həmdə ki, gördükləri faydalı işlər ilə seçilir. Bu haqda ARB Cenub videoreportaj hazırlayıb.

Belə ki, liseyin təşəbbüsü ilə Lənkəranın bir çox park və istirahət mərkəzlərində tələbə və müəllimlər tərəfindən düzəldilən yelləncəklər və oturacaqlara rast gəlmək olar. Həmçinin, uşaq bağçalarındakı yelləncəklər, məktəb meydançalarında mini futbol qapıları və basketbol dirəkləri onların gördükləri işlərin bir hissəsidir.

Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov deyib ki, bu cür işlər tələbələrin inkişafı üçün edilir, eyni zamanda şəhərimiz müasirləşir və gözəlləşir.

Peşə liseyinin girişində art dizayn üslubunda dəmirdən hazırlanan müxtəlif formalı gül qabları, “Payız gözəli” adlanan fiqur və fənərlər var.  Afər Kərimov deyir ki, bütün bunlar əl elektrik-qaynaqçı və çilngər-santexnik qruplarının müəllim və tələbələrin dərs prosesində hazırladığı işlərdir.

Liseyin müəllimi deyir ki, bütün qurğular tullantılardan hazırlanır. Məqsədimiz bir sənətkar kimi tələbələrə sənəti dərindən öyrətməkdir.